Fiabesco Penne-ni bol duzlu suda 9-11 dəqiqə qaynadın və süzün. Toyuq filesini kub şəklində doğrayın və kərə yağında qızardın. Dilimlənmiş göbələyi əlavə edib yumşalana qədər bişirin. Sarımsağı əlavə edin və 1 dəqiqə qarışdırın. Qaymağı əlavə edib duz və istiot vurun. Sousu 4-5 dəqiqə zəif odda bişirin. Fiabesco Penne-ni sousa əlavə edib qarışdırın və isti halda servis edin.
Nuş olsun!